Logo

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

25.01.2023 16:24 510 baxış
IMG

"Hədəflərimizdən biri də UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir".

Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov universitetin fəaliyyəti ilə hesabat tədbirində deyib.

"Bu təcrübə xaricdə var. Bunun bizim universitetlərdə tətbiqi barədə də düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında tələbə qiymətləndiriləcək. Onda imtahana ehtiyac qalmayacaq", - deyə rektor bildirib.

Xəbər lenti