Logo

AƏSMA-nın əməkdaşları Erasmus Praktik Seminarında - FOTO

25.01.2023 15:50 440 baxış
IMG

Yanvarın 24-də Bakı Ali Neft Məktəbində (BANM) Elm və Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Milli Erasmus Ofisinin birgə təşkilatçılığı ilə Erasmus Praktik Seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından (AƏSMA) Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dos.Mahir Calalov və iqtisadiyyat kafedrasının müəllimi Aytən Ağayeva iştirak edib.​

Tədbir giriş sözü ilə BANM-nın rektoru Elmar Qasımov açıb.

Tədbir iştirakçılarını elm və təhsil nazirinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov salamlayıb.

​Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ proqramı barədə geniş məlumat verib.

Daha sonra Bakı Ali Neft Məktəbinin, Erasmus+ və Beynəlxalq Proqramlar ofisinin rəhbəri Humay Azayeva Bakı ANM-də Erasmus+ fəaliyyəti barədə çıxış edib.

Tədbirdə Bakı Biznes universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Bakı Biznes Universitetinin Sənayə əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova KAZ layihələrinin yazılması və idarə olunması (ECAR və EQAC layihələri) mövzusunda çıxışını davam etdiriblər.

​Tədbirin II hissəsində Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, Bakı Biznes Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Bakı Biznes universitetinin Sənayə əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova “FTOP platformasının istifadəsi praktik təlim” barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıblar.

​Tədbirin yekununda Pərviz Bağırov, Eşqin Bayramov və Gülşən Bayramova KAZ layihəsinin büdcəsinin yazılması qaydalarını ətraflı izah ediblər.

Tədbir sual-cavab ilə yekunlaşıb.

Xəbər lenti