Logo

Ekspertdən tələbə yataqxanaları ilə bağlı TƏNQİD - "Olmaz belə..."

25.01.2023 15:11 408 baxış
IMG

"Bəzi ali təhsil müəssisələri sanki tələbələrə qənim kəsilib".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert tələbələrin yataqxanaların 100-150 manata olması ilə bağlı müraciət edərək çarəsiz qaldıqlarını bildirdiklərini qeyd edib:

"Tələbə yataqxanası niyə pulsuz deyil? Nə səbəbə illik təhsilhaqqı ödənildiyi halda bir də yataqxanaya görə ödəniş tələb olunur? Yataqxanalar ödənişlidirsə, o zaman bunu qanuniləşdirin və standart qiymət tətbiq edin. Tələbə qəbul edilərkən müqavilədə bu amil də yer alsın. Elə ali təhsil müəssisələri var ki, ilin əvvəli 50 manat, ilin ortaları isə 100 manat qiymət təyin edir. Olmaz belə", - E.Əfəndiyev əlavə edib.

Mərcanə Əsədova

Xəbər lenti