Logo

BDU-da “Heydər Əliyev -100” adlı kitab sərgisi açılıb - FOTO

25.01.2023 15:00 936 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı çərçivəsində Elmi Kitabxanada “Heydər Əliyev – 100” adlı kitab sərgisi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, ümumilikdə 100-dən çox kitabın yer aldığı sərgidə müasir Azərbaycanın qurucusu və memarı, Ulu öndər, BDU-nun ən böyük məzunu Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar və digər nəşrlər nümayiş etdirilir.

Sərgi ilin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

Xəbər lenti