Logo

"Attestatda davranışa görə qiymət yazılsın" - TƏKLİF

25.01.2023 13:36 649 baxış
IMG

“Attestata ayrı-ayrı fənlər üzrə yekun qiymətləri yazarkən davranışa aid bir bölmə də ayırıb bunu əla, yaxşı, kafi və hətta qeyri-kafi kimi qiymətləndirmək, ali və orta ixtisas məktəblərinə qəbul zamanı nəzərə almaq yolu ilə təhsilverənin hörmətini, təhsilalanın məsuliyyətini qaldıraq. Yeniyetmə və gəncləri virtual asılılıqdan qurtarmaq üçün təhsil qanunvericiliyimizin bir sıra müddəalarının işlək mexanizmləri təkmilləşdirilməlidir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.

Onun fikirlərinə görə, nə qədər ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcək, tərbiyə işində məsuliyyət birtərəfli olacaq və problemə kompleks yanaşılmayacaqsa, səriştəli vətəndaş yetişdirmək kimi əsas məqsədimizi həyata keçirməkdə problemlərlə üzləşəcəyik.

"Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət edirmi? Bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq?”, - deyə N.İsrafilov qeyd edib.

Mərcanə Əsədova

 

Xəbər lenti