Logo

AzMİU-nun 5 tələbəsi “Gənc Liderlər üçün Qış Universiteti”ndə iştirak edəcək

25.01.2023 12:44 444 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 5 tələbəsi “Davam” Gənclər Hərəkatının “Gənc Liderlər üçün Qış Universiteti”ndə iştirak edəcək.

Tehsil.biz xəbər verir ki, “Gənc Liderlər üçün Qış Universiteti”ndə iştirak hüququ qazanan AzMİU tələbələri Murad Əliyev, Məhəmmədəli İsmayılov, Nigar Həmidova, Mərdan Əsgərov və Ayna Əliyevadır.

Qeyd edək ki, "Gənc Liderlər üçün Qış Universiteti" Azərbaycan Gənclər Fondunun dəstəyi və "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi gənc liderləri bir araya gətirərək onların əlaqələrinin möhkəmləndirilməsi, həmçinin fərdi inkişaflarının gücləndirilməsidir.

"Gənc Liderlər üçün Qış Universiteti"ndə iştirak hüququ qazananların tam siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Xəbər lenti