Logo

Apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib

25.01.2023 10:49 373 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 27 yanvar tarixində, onlayn formatda, Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.

Xəbər lenti