Logo

Türkiyənin təhsil naziri: "Qarabağın bərpasında təhsilin önəmini bilirik"

22.02.2021 18:41 295 baxış
IMG

“Qarabağın bərpası mövzusunda təhsilin nə dərəcədə önəmə sahib olduğunu bilirik və təhsil işləri məsələsində böyük çalışmalar yürüdürük”.

 

Tehsil.biz xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Ziya Selçuk azərbaycanlı həmkarı Emin Əmrullayevlə görüşdən sonra söyləyib.

 

“Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu vasitəsilə ölkəmizin təcrübəsini azərbaycanlı qardaşlarımızla paylaşacağıq. Yeni açılacaq Peşə Təhsili Qurumunda IT, qonaqlama və səyahət xidmətləri, mebel və interyer dizayn, modelyerlik texnologiyaları kimi 5 sahədə təhsil verməyi planlaşdırırıq. Atılan imzaların hər iki ölkənin gözəl övladlarına xeyirli olsun”, - nazir bildirib.

 

Z.Səlçuk Azərbaycan xalqını Qarabağ zəfəri münasibətilə təbrik edib: “Azərbaycan xalqının uğuru bizim qürurumuzdur, onların sevinci bizim sevincimizdir”.

Xəbər lenti