Logo

Mədəniyyət Nazirliyi “Mədəniyyətə bağlı ömür” layihəsinə başlayır

23.01.2023 22:58 492 baxış
IMG

Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, izləyicilər layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.

Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdiriləcək.

Xəbər lenti