İctimai TV-də efirə gedən "Əqrəb mövsümü" serialı son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasındadır.
"Tehsil.biz"in məlumatına görə, layihənin baş prodüseri Yalçın Verdiyev İqtisadiyyat.az-a bildirdib ki, serialın ümumi büdcəsi 249643.60 AZN-dir.
Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması - bir sözlə bütün xərclər daxildir.
Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.