Logo

BDU-nun tələbəsi dizayn müsabiqəsinin qalibləri sırasındadır

22.02.2021 16:53 503 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının II kurs tələbəsi Nərmin Rüstəmli “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzinin təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsində “İzləyici rəğbəti” nominasiyası üzrə qalib olub. N.Rüstəmlinin“Şuşa Qarabağın incisidir”  layihəsi onlayn səsvermədə ən çox - 1528 səs toplayıb.

 

Qeyd edək ki, adıçəkilən müsabiqəyə 887 layihə təqdim olunub. Ölkənin tanınmış mütəxəssisləri, dizayner və rəssamlarından ibarət münsiflər heyəti final mərhələsinə vəsiqə qazanmış 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında qalibləri seçib. Qaliblərə pul mükafatı və diplomlar təqdim edilib.

 

 

Xəbər lenti