Logo

AMEA-ya narkomaniya ilə bağlı yeni müalicə üsullarının hazırlanması tapşırıldı

22.02.2021 16:50 812 baxış
IMG

Narkotikdən sui-istifadə edənlərin aşkar edilməsi metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılacaq.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında əksini tapıb.

 

İş Planına əsasən, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mütəmadi olaraq bu istiqamətdə araşdırmalar aparacaq.

 

Bildirilib ki, həmçinin AMEA tərəfindən 2021-ci i ərzində narkotik asılılığın patogenezinə əsaslanan yeni müalicə üsullarının işlənilməsi üzrə tədqiqatlar aparılacaq.

Xəbər lenti