Logo

BDU-da Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarla növbəti görüş

22.02.2021 16:36 509 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində fakültənin 44 günlük Vətən müharibəsiində iştirak etmiş tələbə və məzunları ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova iştirakçıları salamlayaraq Coğrafiya fakültəsinin tələbələrinin Vətən müharibəsində göstərdiyi igidlikdən söz açıb, qazilərimizi şərəfli döyüş yolunda rəşadət göstərərək qələbə qazanması münasibəti ilə təbrik edib.

 

Coğrafiya fakültəsinin tələbələri Aslan Quliyev, Ömər Bozbaxov, Fuad Cəlilov, fakültənin 2020-ci il məzunu Cavid Aşirov və I kurs tələbəsi Mehdi Həşimov çıxış edərək keçdikləri döyüş yolundan, dövlətimizin, xalqımızın, millətimizin birlikdə dəmir yumruq kimi birləşərək mübarizə aparmasından danışıblar. Daha sonra Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Asif Abdulalimov və Tələbə Gənclər Təşkilatının sədri Mədinə Quluzadə çıxış edərək Vətən müharibəsi qazilərini təbrik edib, onların igidliyinin gələcək nəsillərə örnək olacağını bildiriblər.

 

Tədbirdə həmçinin dekan müavini Qoşqar Məmmədov, Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov, Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov, Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasının dosentləri Rəna Umudova və Gülşən Sultanova, Hidrometeorologiya kafedrasının dosenti İradə Əliyeva 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatması münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Ali Baş Komandanımızla, şanlı ordumuzla qürur duyduqlarını bildirib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.

Xəbər lenti