Logo

“Vətən müharibəsi şahid uşaqların gözü ilə...” kitab-albomu nəşrə hazırlanır

21.01.2023 15:35 352 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Ləman Musayeva tərəfindən “Vətən müharibəsi şahid uşaqların gözü ilə...” adlı kitab-albom nəşrə hazırlanır.

"Tehsil.biz"in məlumatına görə, kitab-albomda I və II Qarabağ müharibəsi dövründə müharibə gedən bölgələrdə yaşamış, müharibənin dəhşətlərini görmüş, I Qarabağ müharibəsi zamanı doğma torpaqlarından didərgin düşərək respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşmış uşaqların xatirələri, məktubları, esseləri, fotoşəkilləri yer alacaq.

Nəşrdə, həmçinin müharibə zamanı şəhid olmuş uşaqlar haqqında məlumat veriləcək. Vətən müharibəsində qazandığımız böyük Zəfərlə bağlı uşaqların təəssüratlarını, sevinclərini ifadə edən mövzular da kitab-albomda öz əksini tapacaq.

Xəbər lenti