Logo

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO

21.01.2023 14:40 281 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir şəhər Morul tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Pereküşkül qəsəbə tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ şəhəri P.Osmanov adına 2 saylı tam orta məktəbində və Qəbələ şəhəri 3 saylı tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Vladimirovka kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Xəbər lenti