Belçikanın paytaxtı Brüssel fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım guşəsi yaradılıb.
Tehsil.biz xəbər verir ki, Brüsel Azərbaycan Evinin və Belçika Azərbaycanlıları Federasiyasının təşkil etdiyi anım güşəsində Azərbaycan bayraqları və əklil qoyulub, şamlar vasitəsilə “20 Yanvar” sözü düzülüb.
Bu günlərdə Azərbaycan Evini ziyarət edən soydaşlarımız anım guşəsi önündə 20 Yanvar şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad edirlər.