Logo

Məktəbliyə qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı?

20.01.2023 23:48 417 baxış
IMG

"O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü".

Tehsil.biz xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, şübhəli şəxs dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışıb:

"Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı".

Xəbər lenti