Logo

Bakıda Vladimir Vısotskinin xatirəsinə həsr edilmiş musiqili-poetik gecə keçiriləcək

20.01.2023 23:12 431 baxış
IMG

Yanvarın 25-də Bakıdakı Rus Evində Vladimir Vısotskinin xatirəsinə həsr edilmiş musiqili-poetik gecə keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıdakı Rus Evinin Ədəbiyyat klubunun gənc iştirakçıları gecədə nəğməkar şair Vısotskinin əsərlərini ifa edəcəklər.

Qeyd edək ki, şair, müğənni, peşəkar aktyor, SSRİ Dövlət Mükafatı laureatı Vladimir Vısotski müxtəlif mövzularda yazılmış 600-dən çox şeir və mahının müəllifidir. Onun bir çox mahnıları kinofilmlərdə səslənib.

Xəbər lenti