Logo

Bakı Avrasiya Universitetində tədbir keçirilib

20.01.2023 22:38 717 baxış
IMG

Bakı Avrasiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

BAAU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə BAAU-nun inzibati-işçi və professor-müəllim heyəti iştirak edib. Tədbir ali təhsil müəssisələrinin beynəlmiləlləşmə problemlərinə həsr edilib.

Bununla bağlı Belçikada bir həftəlik təlim və seminarlarda iştirak etmiş BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir müzakirələr və sual-cavab formasında davam edib.

Xəbər lenti