Logo

TKTA “Bağban-dekorator” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edir

20.01.2023 10:03 370 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Bağban-dekorator” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

TKTA-dan "Tehsil.biz"ə bildirilib ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən bağbanlar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə Sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə edən ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - Diplom  təqdim ediləcək.

Xəbər lenti