Logo

DİM: "İmtahan hər həftənin beşinci və altıncı günləri keçirilir"

22.02.2021 13:09 552 baxış
IMG

1995-ci ildən bəri keçirilən ТРКИ imtahanının hazırlanmasında 4 universitet iştirak etmişdir: A.S.Puşkin adına Leninqrad Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti (SPDU).
 

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 22 fevral 2018-ci il tarixli 130 nömrəli əmri ilə SPDU Rus dili xarici dil kimi dövlət imtahanını keçirən və dövlət tərəfindən tanınmış sertifikat təqdim edən təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Bu imtahandan aşağıdakı məqsədlərə çatmaq istəyən namizədlər yararlana bilər:
 

• Rusiya Federasiyasının vətəndaşlığını almaq (Rusiya Federasiyasının vətəndaşı olmaq istəyən şəxslər ТРКИ imtahanı üzrə müvafiq səviyyədə (minimum A2 səviyyəsi) sertifikata sahib olmalıdır);
• Rusiya universitetlərinə daxil olmaq (B1 səviyyəsi üzrə sertifikat tələb olunur);
• Müxtəlif ölkələrdə rus dili kurslarında dərs vermək (C1 səviyyəsi tələb olunur);
• Banklarda, diplomatik nümayəndəliklərdə, siyasətdə, humanitar elmlərdə vəzifə tutmaq, tərcüməçi, redaktor, jurnalist, menecer və s. kimi işləmək;
• Rus dilini daha yüksək səviyyədə mənimsəmək;
• Rus dilini öyrənməkdə motivasiyanı artırmaq və s.

 

Ətraflı: http://dim.gov.az/.../exams/beyn-lxalq-rus-dili-imtahanlar/

Xəbər lenti