"Məktəblinin dostu" layihəsi və Bakı şəhər 27 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə tarix fənni üzrə məktəblərarası bilik yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışda Bakı şəhərində yerləşən 27, 59, 194 və 17 nömrəli məktəblər iştirak edib.
1-ci yeri 27 nömrəli məktəb, 2-ci yeri 59 nömrəli məktəb, 3-cü yeri isə 194 nömrəli tam orta məktəb qazanıb.
Sonda şagirdlər medal və diplomla təltif olunublar.


