Logo

Direktor Azər Ələkbərov məktəbində çalışan müəllimi "həyasız" adlandırır - Növbəti şikayət

22.02.2021 12:58 1608 baxış
IMG

Sabunçu rayonunun ərazisində yerləşən F.Bayramov adına 22 nömrəli tam orta məktəbin müəllimi tərəfindən həmin məktəbin direktoru Azər Ələkbərov barəsində redaksiyamıza göndərilən şikayəti olduğu kimi dərc edirik:

 

“İstəyirəm məktəbimizin direktoru Azər Ələkbərov tərəfindən mənə atılan digər böhtanlardan birinə də aydınlıq gətirim.

 

1-ci sinfin qəbulunu mən yox, Gülnar xanım işləyir. O xanım da direktorun tapşırığı olmadan heç bir şagirdə təsdiq vura bilməz. Çünki Gülnar xanım da mənim kimi işini vicdanla yerinə yetirəndir. Təsdiq olunan şagirdlərin şəxsi işini isə birbaşa sinif müəllimləri toplayıb. Həmin şagirdlərin məktəbə qəbuluna mən baxmamışam. Buradan da aydın olur ki, direktor mənə şər, böhtan atır. Deməli, özü həmin şagirdlərin təsdiq olunmasında, qəbulunda iştirak edib. Lakin mən davamiyyəti götürəndə məlum oldu ki, bəzi şagirdlər adı başqa sinifdə getdiyi halda, bir başqa müəllimin sinfində oturur və mənə Gülnar xanımın verdiyi sistemdən qəbul olunan siyahıda adı olmayan şagirdin sinifdə əyləşdiyini aşkar etdim. Məlum oldu ki, həmin şagird 2-ci sinifdə oxumalıdır. Şagirdin adı digər məktəbdə gedir. Sadəcə sinif müəllimi onun şəxsi işini alıb sinifdə əyləşdirib. Bunu dərhal direktorun özünə bildirdim. Bundan sonra o məndən əlavə, Sevinc xanımı da tapşırdı ki, sən də 1-ci siniflərin harada oturduğunu, həqiqətən məktəbə gəldiklərini yoxla. Əgər mən bu qədər saxtakarlığı aşkarlayıb direktorun özünə bildirirəmsə, işimin öhdəsindən vicdanla gəlirəmsə, niyə mənə təşəkkür deyil, təhqir deməlidir. Mən onun sadəcə məni təhqir etdiyinə görə, qeyri-etik davranışlar, təhqiredici ifadələrinə etiraz edib şikayət edirəm. Mənə hər cür böhtan deyə bilər. Lakin mən vaxtında hər bir şeyi sübut edəcəm ki, saxtakar mən yox, kimdir!

 

Mən faktları sizə göndərəcəm. O, məni kollektivin yanında şərlədiyinə görə sona qədər gedəcəm. Mənim böyüyüm sahibim yoxdur deyir. Mən onun dəfələrlə müəllimlərin həyat yoldaşı ilə otağında dalaşıb  məkrli, qərəzli münasibətini görmüşəm. Mənim 2019-cu ildə  qaynanam şəhid anası onun qəbuluna getdi. Ancaq onu qəbul etmədi. Hamı da şahidi oldu. İndi mənim böyüyüm niyə getməlidir sənin ayağına?! Şərləmək üçün?! Sən yaxşı rəhbər olsaydın, o səs yazısını, məni qrupdan çıxarandan sonra kollektivə yazmazdın, mən qrupda olanda yazardın. Gördü ki, çıxılmaz vəziyyətdə qalacaq, ona görə məni qrupdan çıxarıb hamıya məlumat verir ki, mənim səs yazımı kim yönləndirsə, onu tapacam. İndi kimin haqlı olduğunu yəqin ki, görürsünüz. Məni intihar həddinə çatdırdığı az deyil, mənə utanmadan kollektivdə həyasız deyir”.

 

Qeyd: Qarşı tərəflərin mövqe bildirmələrini gözləyirik!

Xəbər lenti