Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Emil Hüseynli Fövqəladə Hallar Nazirliyində keçirilən tədbirdə təlim keçib.
Tehsil.biz xəbər verir ki, o, “Neft tullantılarının müasir texnologiyalarla təmizlənməsi” mövzusunda təqdimat edib.
Uğurlu təqdimatdan sonra BANM-in tələbəsinə sertifikat və mükafat təqdim olunub.