Logo

Bu gün ilk dərslər 20 Yanvar faciəsinə həsr ediləcək

19.01.2023 09:06 365 baxış
IMG

Bu gün təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti