Logo

"Erməni kilsəsi tarixi səhvlərini təkrarlayır"

19.01.2023 01:08 317 baxış
IMG

Livandakı Böyük Kilikiya kilsəsinin katalikosu I Aramın ermənilərə müharibə ilə bağlı çağırış etməsi erməni dini liderlərinin sülh və əmanamanlığın təmin edilməsi üçün çalışmaq əvəzinə, onları revanşizmə və müharibəyə səslədiyini bir daha göstərir. 

Bu həm də onu göstərir ki, erməni kilsəsi və din xadimləri öz “ənənələrinə” sadiq qalaraq Azərbaycan xalqına qarşı düşmənçiliyi, kini və küdurəti alovlandırmağa davam edirlər. Birinci Qarabağ müharibəsi zamanı da erməni keşişləri Azərbaycana qarşı ədavətin qızışdırılmasında əsas aparıcı rolu oynayırdılar. İkinci Qarabağ müharibəsində də onlar əllərinə avtomat alaraq erməni xalqına pis nümunə oldular. 

Bu, eyni zamanda erməni dini liderlərinin məsuliyyət hisslərini itirdiyini, bölgəmizdə kövrək sabitliyin pozulması üçün səylə çalışdıqlarını təsdiq edir. 

Əslində səmavi dinlər, müqəddəs kitablar öz ardıcıllarını sülhə və birgəyaşayışa dəvət edir. Erməni din xadimləri isə öz mənsublarını müharibəyə çağırırlar. Bu yanaşma ilə onlar öz dinlərinin də prinsiplərini pozur, ona xəyanət edirlər. Yalançı və saxtakar din xadimi olduqlarını bütün dünyaya göstərirlər. 

Erməni keşişləri anlamalıdırlar ki, bu çağırışlar erməni xalqına yeni faciə və müsibətlər yaşada bilər. Əslində ermənilər 44 günlük müharibədən ciddi nəticə çıxararaq bir də müharibə barədə düşünməməli idilər. 

Onu da qeyd edək ki,  Azərbaycanın bölgədə yaratdığı yeni reallıq fonunda bölgəyə sülhün gəlməsi üçün əlverişli imkan yaranmışdı. Ermənilər, erməni din xadimləri bu imkanı da düzgün dəyərləndirə bilmədilər. Bu fürsətin düzgün dəyərləndirilməməsinə görə məsuliyyəti həm də cinayətkar erməni kilsəsi daşıyır. Onlar müharibənin erməni xalqına yeni faciələr gətirəcəyini bilə-bilə müharibəyə növbəti dəfə çağırış edirlər.

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Xəbər lenti