Logo

Direktorların müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu başylayır

18.01.2023 16:55 459 baxış
IMG

Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Tehsil.biz xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçməklə müraciət edə bilərlər.

Müraciətlərin qəbulu 21 yanvar saat 18:00-da başa çatacaq və qeyd olunan tarixdən sonra edilən müraciətlərə baxılmayacaq.

Müraciət vaxtı başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.

Xəbər lenti