“Bu gün universitetlərdən verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, ali məktəbi qırmızı diplomla bitirmişdi. O tələbənin indi nə üstünlüyü var?”.
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib.
O, bu məsələnin araşdırıldığını, qırmızı və göy diplomun heç bir fərqinin olmadığını deyib:
"Bu da o deməkdir ki, 3 alan da, 5 alan da eyni diploma sahiblənir. Bu məsələləri işləmək lazımıdır. Elm və Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir”.