“Məktəblinin dostu” layihəsi dövlət büdcəsindən maliyyələşmir”.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O, “Məktəblinin dostu” layihəsinin ancaq sponsor, özəl şirkətlər tərəfindən maliyyələşdirildiyiini, dövlət büdcəsindən maliyyələşmədiyini deyib.
“Əksəriyyətinin pedaqoji təhsili var. İmtahan verib, müsahibədən uğurlu keçənlər işə qəbul olurlar. Məktəblilər öz dərdlərini, sıxıntılarını yaşlarına görə onlara deməkdən çəkinmirlər. Məktəblinin dostları içərisində 30 yaşdan yuxarı şəxslərə də rast gəlmək mümkündür. Fəaliyyət dövründə yaş həddi yoxdur. Lakin işə qəbulda var. Məktəblinin dostunun məktəb heyətinə aidiyyəti yoxdur. Onlar üçün xüsusi otaq ayrılıb”, - R.Ağayev qeyd edib.