Logo

"Azərbaycanda ali təhsildə ən uğurlu və mütərəqqi islahatlardan biri bu ola bilər"

18.01.2023 12:00 545 baxış
IMG

"Azərbaycanda ali təhsildə ən uğurlu və mütərəqqi islahatlardan biri məhz adambaşına maliyyələşməyə keçidin tətbiq edilməsidir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, yüksək bal toplayan və dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin təhsilhaqqından başqa ali təhsil müəssisələrinə dövlət əlavə heç bir ödəniş etmir:

"Bu yanaşma doğru olaraq heç bir fərq qoyulmadan dövlət və özəl ali təhsil müəssisələrinə şamil edilir. Bununla yanaşı, inanırıq ki, dövlət ali təhsil müəssisələrinin gəlir qazanmaq imkanlarının genişləndirilməsi, o cümlədən maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması bu addımın müsbət təsirini əhəmiyyətli dərəcədə gücləndirə bilərdi. Bu sahədə dövlət və özəl universitetlərin hüquqlarının eyniləşdirilməsi ilk addım ola bilər".

Mərcanə Əsədova

Xəbər lenti