Logo

BDU-da elmi seminar keçirilib

18.01.2023 11:53 403 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildiirlib.

Qeyd olunub ki, Fakültənin məzunu, Polşanın Jan Koçanovski adına Dövlət Universitetinin doktorantı Şəhriyar Cəfərzadə gördüyü işlər haqqında “Kvant xromodinamikasının yüksək spinli rezonansları” adlı icmal məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, protonlar və neytronlar bir-birilə güclü qarşılıqlı təsirdə olan qvarklar, qlüonlar və onların anti-zərrəcikləri kimi elementar zərrəciklərdən ibarətdir. Həmin güclü qarşılıqlı təsir kvant xromodinamikası (KXD) nəzəriyyəsində öyrənilir. Tədqiqatların əsas obyektləri tenzor mezonlar (kvark və anti-kvarklardan təşkil olunmuş rezonanslar) və tenzor qlubollardır (qlüonlar və anti-qlüonlardan ibarət sistem). Şəhriyar Cəfərzadə KXD-nin yüksək spinli rezonansları olan tenzor mezonlar və qlubollardan bəhs edən məqaləsinin Amerika Fizika Cəmiyyətinin "Physics Review D" jurnalında çap olunduğunu diqqətə çatdırıb. Həmin rezonansların hadronik və radioaktiv parçalanmalarını öyrənmək üçün effektiv modellərdən istifadə olunub, bu modelin əsas simmetriyası olaraq isə KXD Lagranj funksiyasının simmetriyaları nəzərə alınıb.

Məruzənin ikinci hissəsində Şəhriyar Cəfərzadə spini 2 olan mezonların öyrənilməsinin nəticələri, eləcə də qlubolların termodinamik xassələrini izah etmək üçün istifadə edilən “Qlubol rezonans qaz modeli” haqqında məlumat verib və həmin nəticələrin əks olunduğu məqalələrini təqdim edib.

Xəbər lenti