Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (#MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində ADNSU-da “Təlimçilər üçün təlim” vörkşopu təşkil edilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, vörkşopda İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert – təlimçi Ullakarin Sundqvist Nilsson və Jörg Schminder tərəfindən “Yeni informasiya texnologiyaları ilə dəstəklənən təhsil mühiti” mövzusunda layihə çərçivəsində tədris aparan əməkdaşlara təlim keçirilib.
Vörkşopun sonunda bütün iştirakçılara sertifiklatlar təqdim olunub.