Yanvarın 17-də Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşəbbüsü və maddi dəstəyi ilə rayonun Güllütəpə, Tatyanoba və Yeni Zuvand kəndlərindən olan şəhid və qazi ailələri ziyarət olunub.
Tehsil.biz xəbər verir ki, ziyarətlərdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, MİHİ-nin Masallı rayon komitəsinin sədri Vəkil İsmailov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Mədəniyyət işçiləri ailələrlə görüşlərdə ailə üzvlərinin kədərini bölüşərək, onlara mənəvi dəstək və ehtiramlarını ifadə ediblər. Rəsmilər həmçinin, ailələrin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar.
Valideynlər isə övladlarının həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətiriblər.
Sonra MİHİ-nin Masallı rayon komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları ailələrə təhvil verilib.