Qız Qalasının qarşısında yerləşən körpü bağlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə feysbukda məlumat verib.
O bildirib ki, körpü təmir işlərinin aparılması ilə əlaqədar bağlanıb:
"Aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq. Körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub”.