Fevralın 17-də Xəzər Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev fenomeni: tarixi missiya və milli özünüdərk ideyası” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Qeyd olunub ki, konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinləniləcək.