Logo

Azərbaycanda tələbələrin siqaret çəkməsi yanğına səbəb oldu - YENİLƏNİB

16.01.2023 15:40 464 baxış
IMG

Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Tehsil.biz"ə verilən məlumata görə, bu haqda bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Yanğın nəticəsində yataqxana binasının yeddinci mərtəbəsinin dəhlizində olan 1 ədəd divan və 1 ədəd kreslo yanıb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

12:21

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında yanğın olub.

"Tehsil.biz"in məlumatına görə, yanğın yataqxananın 7-ci mərtəbəsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti