Logo

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunub - FOTO

16.01.2023 10:11 396 baxış
IMG

Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirlib ki, nazirlik tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

Xəbər lenti