Logo

BANM-in tələbələri 10 universitetin qatıldığı intellektual yarışda qalib olublar

15.01.2023 11:48 532 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) “UpTech” komandası Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, 3sual.az və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Tələbələrin intellekt festivalı” adlı yarışın qalibi olub. 

Tehsil.biz xəbər verir ki, BANM-in kampusunda keçirilən final mərhələsində 10 universitetdən 20 komanda iştirak edib.

Bu komandalar arasından seçilərək 1-ci yeri qazanan BANM-in “UpTech” komandasında Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Nəsir Əsədzadə, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Yusif Hüseynzadə, Fazil Səfərov, İnformasiya təhlükəsizliyi ixtisasının 4-cü kurs tələbələri Məzahir Məmmədov, Əsmər Şixəmirli, Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Əli Məmmədli, Asiman Həmzəyev və Hüseyn Abızadə (komandanın kapitanı) təmsil olunur.

Ümumilikdə 8 həftə davam edən və 100-ə yaxın komandanın qatıldığı yarışın finalında BANM-in “Max SSIOK” komandası da iştirak edib.

Xəbər lenti