Fevralın 28-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə görkəmli təhsil qurucusu, riyaziyyatçı-alim, şair-publisist, tərcüməçi, professor Hamlet İsaxanlının anadan olmasının 75 illiyinə həsr edilən “Humanitar elmlər yeni paradiqmalar kontekstində” mövzusunda gənc tədqiqatçıların beynəlxalq elmi konfransı keçiriləcək.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, konfrans dil, ədəbiyyat, tarix, mədəniyyət, təhsil tarixi və fəlsəfəsi istiqamətlərini əhatə edəcək.
Məruzələr fevralın 6-dək qəbul olunur