Logo

Fənn olimpiadasında uğur qazanan şagirdlərlə görüş keçirilib

14.01.2023 13:10 267 baxış
IMG

Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi rayon (şəhər) üzrə təhsil sektorları tərəfindən Respublika Fənn Olimpiadasının yarımfinal turuna vəsiqə qazanan şagirdlərə dəstək məqsədilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, keçirilən görüşlərdə rayon (şəhər) üzrə təhsil sektorlarının müdirləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Görüşdə keçənilki tədris ili ilə cari tədris ilinin məktəb və fənlər üzrə təhlili aparılıb, eyni zamanda qalib olan şagirdlərə və onların müəllimlərinə tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, cari tədris ilində Mərkəzi Aran RTİ üzrə RFO-nun yarımfinal turuna vəsiqə qazanan şagirdlərin sayı və nəticələrində 15 % artım müşahidə edilib.

Xəbər lenti