AMEA-nın Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat nümunələrindən 42 nüsxə Bakı Avrasiya Universitetinin (BAAU) kitabxanasına təqdim edilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Qeyd olunub ki, Bakı Avrasiya Universiteti təhsil keyfiyyətinin mütəmadi olaraq artırılmasına, təhsil alan tələbələrin bilik və intellektual səviyyələrinin yüksəldilməsinə xidmət edən, kitabxana fondunun daim yenilənməsini, müasir elmi ədəbiyyatla zənginləşdirilməsini prioritet istiqamət kimi müəyyənləşdirir.