Cari tədris ilində pilot istifadədə olan ehtiyat dərsliklərin ölkə üzrə 250-dən çox ümumi təhsil müəssisəsində sınağı həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, monitorinqlər Bakı, Abşeron, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Bərdə, Beyləqan, Gəncə, Qəbələ, Lənkəran və Mingəçevirdə məktəblərin pilot siniflərində aparılıb. Müəllim-şagird-valideyn üçlüyünün rəy və təklifləri dinlənilib, lazımi tövsiyələr verilib, şagirdlərlə sorğu-sual aparılıb.
Monitorinqlər institutun müvafiq şöbəsinin əməkdaşları və dərslik müəllifləri tərəfindən pilot siniflərdə həyata keçirilib.