Logo

Cəlilabadda məktəbdə istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib

13.01.2023 22:27 343 baxış
IMG

Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb.

“Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib” - deyə məlumatda qeyd olunub.

Xəbər lenti