Logo

UNEC Psixoloji Xidmət Mərkəzi tələbələrə zəruri tövsiyələr verib

13.01.2023 20:57 607 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva UNEC-in, eləcə də Maliyyə İqtisad kollecinin tələbələri ilə görüşlər keçirib.

Tehsil.biz xəbər verir ki, imtahanöncəsi stress və onun aradan qaldırılması yollarına həsr olunan görüşlərdə Ş.Abdullayeva tələbələrə imtahan həyəcanı, stresin əlamətləri, bu vəziyyətdən çıxış yolu haqqında məlumat verib. Həyəcan və stresin imtahan zamanı tələbələrin intellekt və biliklərini tam realizə etməyə imkan vermədiyini, imtahanda yaxşı nəticələr əldə edə bilmələri üçün özlərinə güvənmələrini tövsiyə edib.

Görüşlər zamanı Ş.Abdullayeva UNEC-də Psixoloji Xidmət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, istənilən tələbənin həmin mərkəzə rahat şəkildə müraciət edə biləcəyini vurğulayıb.

Xəbər lenti