Logo

2022-ci il ərzində 749 disertasiya müdafiəsi olub

13.01.2023 19:35 230 baxış
IMG

Ötən il dissertasiya şuralarında keçirilmiş dissertasiya müdafiələrinin sayı açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Məlumata görə, 2022-ci il ərzində ümumilikdə 749 disertasiya müdafiəsi olub. Onlardan 637-si fəlsəfə doktoru, 112-si isə elmlər doktoru üzrədir.

Ən çox müdafiə filologiya elmləri üzrə olub (158), sosiologiya elmi üzrə isə dissertasiya müdafiə edən olmayıb. Müdafiələrin 354-ü elmi müəssisələrdə, 395-i isə ali təhsil müəssisələrində keçirilib.

Xəbər lenti