Əməkdar artist Əkbər Əlizadənin atası Müzəffər Əliyev vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrı feysbukda məlumat yayıb.
"Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Əkbər Əlizadənin ailəsinə ağır itki üz verib. Aktyorun atası Müzəffər Əliyev vəfat edib. Bununla əlaqədar teatrımızın kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və tanrıdan səbir diləyir".