Logo

UNEC-in magistraturasına əcnəbilərin sənəd qəbuluna başlanılıb

13.01.2023 15:51 382 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilinin yaz semestrindən magistratura pilləsi üzrə əcnəbilərin sənəd qəbulu elan olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, əcnəbilərin seçimindən asılı olaraq, tədris Azərbaycan, ingilis, türk və rus dillərində aparılır. Qəbul elektron formada həyata keçirilir.

Namizədlər https://portal.edu.az/ və http://kabinet.unec.edu.az/az internet səhifələri vasitəsilə müraciətlərini tamamlamalıdırlar.

Sənəd qəbulu fevralın 10-dək davam edəcək.

Xəbər lenti