Salyan rayonunun şəhid Yavər Qafarov adına 8 saylı tam orta məktəbinin 1-ci sinif şagirdi dünyasını dəyişib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, rayonun Stansiya qəsəbəsindən olan azyaşlı Ağalarov Mirəşrəf Ceyhun oğlu böyrək çatışmazlığından vəfat edib.
Məlumata görə, 7 yaşlı oğlan uzun müddət bu xəstəlikdən əziyyət çəkib.