Logo

Bakı Ali Neft Məktəbində İdman Mərkəzi yaradılıb

12.01.2023 20:13 534 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) Bədən tərbiyəsi kafedrasının bazasında  İdman Mərkəzi yaradılıb.

Tehsil.biz xəbər verir ki, müvafiq pedaqoji heyət tələbələrin maraqları əsasında formalaşan idman klubları və qruplarının fəaliyyətinə rəhbərlik edir və BANM-in idman komandalarının Elm və Təhsil Nazirliyi, müxtəlif gənclər təşkilatları və ictimai birliklərin təşkilatçılığı ilə həyata keçirilən idman yarışlarında iştirakını təmin edir.

Pyotr Kuvşinov və İftixar Məhərrəmov İdman Mərkəzinə məşqçi – müəllim vəzifəsinə təyin ediliblər.

Xəbər lenti