Logo

UNEC sosial həssas qrupdan olan tələbələrə köməklik göstərib

21.02.2021 13:45 138 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinə yenidən yardım edilib.

 

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə ehtiyacı olan 100 tələbəyə və 36 nəfər COVİD-19-a yoluxmuş tələbəyə maddi yardım göstərilib, 192 tələbənin isə 5G həcmində internet tarif paketi xərci ödənilib.

 

Yardımın məqsədi koronavirus (COVİD-19) pandemiyası dövründə tələbələrin sosial durumunu daha da yaxşılaşdırmaq və distant dərslərə daha rahat şəkildə qoşulmalarına şərait yaratmaq olub.

 

Bu barədə UNEC-dən bildirilib.

Xəbər lenti